Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 8-də nazirliyin Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.
Lent.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.