Narkotik satan keçmiş məhkum tutuldu
19 mart 2020 10:22 (UTC +04:00)

Narkotik satan keçmiş məhkum tutuldu

 

 

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini Ceyhun Qurbanov saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar