Bakının Yasamal rayonunda quldurluq hadisəsi olub.
Lent.az-ın məlumatına görə, martın 17-də, saat 21 radələrində H.Cavid prospektində şirkətin önündə yerləşən gözətçi otağında mühafizəçinin boğazına bıçaq dirəyərək 100 manat pulu quldurluq yolu ilə alınıb. Bu barədə DİN-nin “102 qaynar xətti”nə məlumat daxil olub.
Dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törədən Bakı sakini, 38 yaşlı Kərim Axundov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, saxlanılan şəxsin ətrafında əməliyyat tədbirləri davam etdirilir.