Bakının Səbail rayonunda oteldən külli miqdarda içki oğurlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə oteli icarəyə işlədən 51 yaşlı İran vətəndaşı Ghakhkhani Siruse Khodoveyec oğlu Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. O etdiyi müraciətində, otelin restoranında işləyən Rəşad və Elşad adlı mühafizəçilərin ötən ilin mart ayından bu ilin aprelin 3-dək müxtəlif avxtlarda otelin barından 14 min manatlıq spirtli və energetik içki oğurlandığını bildirib.
Həmin polis bölməsində araşdırma davam etdirilir.