"Palmalı" şirkərtlər qrupunun rəhbəri, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı yeni xəbər var.
Lent.az “Milliyet”ə istinadən bildirir ki, onu meneceri Nuray Nurcihan Perker ilə birlikdə dünən axşam saatlarında məhkəməyə aparıblar.
Məhkəmə M.Mənsimov barəsində həbs qərarı verib. Şirkətin meneceri Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.
Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.