Rusiya paytaxtında hamı üçün tətbiq olunan ev təcridi rejimi aprelin 14-ə kimi davam edəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya paytaxtında koronavirusla mübarizə ilə bağlı yaradılmış operativ qərargah məlumat yayıb.
Qeyd edək ki, martın 30-dan Moskva şəhərində yaşından asılı olmayaraq bütün əhali üçün ev təcridi rejimi tətbiq olunub. Evi tərk etməyə ancaq tibbi yardıma müraciət etmək üçün, həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir.
Bundan başqa, işə getməyə məcbur paytaxt sakinlərinə icazə verilir. Ən yaxın mağazadan və aptekdən alış-veriş etməyə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədən gəzməyə və zibil atmağa icazə verilir.