"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq".
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, minimum əməkhaqlarının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.
Nazir müavini əməkhaqlarının necə faiz artırılacağı ilə bağlı suala cavabında qeyd edib ki, bununla bağlı araşdırmalar aparılacaq, bundan sonra artım faizi müəyyən ediləcək.