Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Həsənov Nurlan Tərlan oğlunun görüşünə gələn qohumu Bakı şəhər sakini Məlikov Şakir Məlik oğlunun sovqatına baxış keçirilib. Bu zaman orada olan badımcan turşusunun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,766 qram narkotik maddə - heroin və 1,014 ram psixotrop maddə - metamfetamin aşkar edilib.
Qeyd edək ki, məhkum N.Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib.