Gəncədə qətl baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, orta yaşlı kişinin meyiti evində tapılıb. Məlumata görə, o, bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.