Lənkəranda ölümlə nəticələnən yol qəzaı baş verib.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə aprelin 2-də saat 11 radələrində rayonun Girdəni kəndi ərazisində olub. Kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.