Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinən Lent.az-a verilən məlumata görə, avtoqəza aprelin 8-də saat 2 radələrində rayonun Göytəpə şəhəri ərazisində baş verib. Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.