Maşın aşdı: sərnişin xəstəxanada öldü
16 mart 2020 13:55 (UTC +04:00)

Maşın aşdı: sərnişin xəstəxanada öldü

Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadla bildirir ki, yol qəzası martın 14-də saat 23 radələrində şəhər ərazisində baş verib. Bayandur kənd sakini A.Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Ələsgərli kənd sakini Nuranə İsayeva xəstəxanaya yerləşdirilib və martın 15-də orada ölüb.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Mehman Nəbiyev

Oxşar yazılar