Lənkəranda avtomobil aşdı: ölən var
19 mart 2020 13:28 (UTC +04:00)

Lənkəranda avtomobil aşdı: ölən var

0

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, hadisə martın 18-də saat 21 radələrində Lənkəran şəhəri ərazisində baş verib. Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurub, nəticədə avtomobil aşaraq yolun kənarında dayanıb. Xəstəxanaya yerləşdirilən sərnişin Hidayət İbrahimov orada ölüb.

Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1994

Oxşar yazılar