Güclü külək qaz təchizatında problem yaradıb.
“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, güclü küləyin təsirindən Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Göyuşov küçəsində hasar 3 abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb. Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Hər iki yerdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bərpa işlərinə başlayıb.