Ötən ilin avqust ayında körpəsini öldürən ana həbs edilib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Qırıqqalada yaşayan S.Ayşeyə avqust ayında körpəsinin ölümünə görə cinayət işi açılmışdı.
İstintaq tədbirlərindən sonra ölüm hadisəsində ana S.Ayşe şübhəli şəxs kimi bilinib. O, Samsun Polis İdarəsinin əməkdaşları tərəfində Atakum qəsəbəsində bir yaxının evində tapılaraq idarəyə gətirilib.
Qırıqqalada məhkəməsində çıxış edən S.Ayşe növbətçi hakimə ifadə verdikdən sonra həbs edilib. Onun həyat yoldaşı ilə boşanma əərəfəsində olduğu və psixoloji müalicə aldığı bildirilir.