Astarada 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonun Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.