Mart ayının 9-da Siyəzən rayon ərazisindəki evlərin birindən 3500 manatlıq boyunbağı oğurlanıb.
Daxili İşlər Nazirıiyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşları oğurluqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev saxlayıblar.
Dindirilmə zamanı Ə.Fərzəliyev torətdiyi oğurluğu etiraf edib.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.