Abşeron sakinindən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.