Nəsimi rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyevi saxlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.