Bakı sakininin evindən külli miqdarda narkotik tapılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə F.Həsənova narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş F.Həsənov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən çəkisi 1 kiloqram 5 qram heroin, 85 qramdan artıq tiryək, 237 qrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib götürülüb.
F.Həsənovun Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində gizlətdiyi 1 kiloqram tiryək də aşkar edilərək götürülüb.