Hacıqabul Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakinləri - 1990-cı il təvəllüdlü Məmmədov Anar Rafiq oğlu və 1988-ci il təvəllüdlü Minaxanov Samid Nəsrulla oğlu polis şöbəsinə aparılaraq üzərilərinə baxış keçirilib.
Bu zaman birincinin üzərindən heroin, digər şəxsdən isə heroin və tiryək aşkar edilərək götürülüb.
Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.