Bakının Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il dekabrın 25-də Bakı şəhər sakini olan bir qadının mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb.
Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ahdisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Zeynalov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.