Bakıda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12 min manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.