Zaqatalanın Yuxarı Tala kəndində mart ayında edilən oğurluğun üstü açılıb.
DİN-in mətbuat Xxdmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.