Yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin xidməti otaqlarının birindən 4 min manat pulun oğurlaması barədə “102 Zəng Xidməti”nə müraciət daxil olub.
Lent.az-ın məlumatına görə, müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkum olunan Bakı şəhər sakini, 23 yaşlı E. Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.