Fevralın 29-da Binəqədi rayonu ərazisində əcnəbi vətəndaşa məxsus 300 manat, 1550 lirə, 280 lari pulu və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb.