Cəlilabad rayonu, Abdullu kənd sakini Yusif Nəziyev şəhər ərazisində xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən idarə etdiyi "Mercedes" markalı avtomobillə saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu, eyni zamanda başqasına məxsus avtomobili idarəetmə hüququ olmadan sürdüyü müəyyən edilib.
Y.Nəziyev ərazidən uzaqlaşmaq istəsə də, saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.
Həmin şəxs inzibati qaydada həbs edilib.