Karantin rejimini pozduğuna görə, 18 min 687 sürücü cəzalandırıldı - DYP
14 aprel 2020 09:37 (UTC +04:00)

Karantin rejimini pozduğuna görə, 18 min 687 sürücü cəzalandırıldı - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ərzində karantin rejimi ilə əlaqədar görülmüş işlər barədə məlumatı açıqlayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar