Karantin rejimini pozan 22859 sürücü cərimələndi - DYP
16 aprel 2020 09:51 (UTC +04:00)

Karantin rejimini pozan 22859 sürücü cərimələndi - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ərzində karantin rejimi ilə bağlı görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337
avatar

Mehman Nəbiyev

Oxşar yazılar