Bakının Səbail rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 17-də N.İbrahimovun işlədiyi kafedən 157 manatını soyğunçuluq yolu ilə aparılıb. Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adışirinov saxlanılıb.