İsveçrədə koronavirusdan ölənlərin sayı 641-ə çatıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin İctimai Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində virusa yoluxmuş 57 nəfər vəfat edib, 590 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə bu günədək koronavirusa yoluxanların sayı 22242-yə çatıb.