İstirahət günləri yollarda 9 nəfər ölüb
24 fevral 2020 14:26 (UTC +04:00)

İstirahət günləri yollarda 9 nəfər ölüb

 

Azərbaycanda istirahət günləri baş verən ağır yol nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, şənbə və bazar günləri yol qəzalarında 9 nəfər həyatını itirib. 

Fevralın 22-də respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bazar günü isə respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1115
avatar

Oxşar yazılar