Astarada narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədovu narkotik vasitə olan heroini satarkən saxlayıblar.
“İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki evindən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.
Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.