İki qardaş narkotiklə həbs edildi
24 avqust 2020 12:27 (UTC +04:00)

İki qardaş narkotiklə həbs edildi

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, əməliyyat zamanı  rayonun Qırxçıraq kənd sakini, Elman Cəlalov və qardaşı  Əlizamin şübhəli şəxs qismində tutulublar. Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada əkilib-becərilən 211 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qullu etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq qonşuluqda yaşayan Əlizamin Cəlalovun həyətyanı sahəsinə də baxış keçirilib. Oradan isə narkotik tərkibli 88 ədəd çətənə kolu aşkar edilib.

Həyətyanı sahələrdə aşkar edilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Ümümilikdə Elman və Əlozamin Cəlalov qardaşlarından 35 kiloqram qurudulmuş marixuana və 528 kiloqram yaş halda çətənə kolu aşkar edilib. Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılan hər iki qardaş əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olduqları üçün məhkum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1817

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15