İki ay ərzində əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcmi artırıldı
13 aprel 2020 20:22 (UTC +04:00)

İki ay ərzində əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcmi artırıldı


Nazirlər Kabineti “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” qərar verib.

APA-nın məlumatına görə,qərara əsasən,  “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400  kilovat-saat müəyyən edilib.

Bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.

Qərara əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar