TƏBİB-dən Lent.az-a verilən məlumata görə, İçərişəhərdə baş verən partlayışda xəstəxanaya yerləşdirilənlərdən ikisinə ambulator yardım göstərilib və evə buraxılıb. Digər iki nəfər stasionar şöbədə müalicə alır, vəziyyətləri stabildir.
***
18:49
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, partlayış zamanı yanıq xəsarətləri alan bir ailənin 4 üzvü
5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Bir nəfərə isə yerində ambulator yardım göstərilib.
***
17:52
İçərişəhərdə yaşayış binasında partlayış olub.
APA xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA-ya verilən məlumat görə, partlayışda 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 nömrəli Xəstəxanaya aparılıb. Qalanları barədə hələ ki məlumat yoxdur. Çünki təcili yardımı hadisə yerinə buraxmırlar. Hazırda yanğının söndürülməısi istiqamətində işlər gedir.