Tovuzda qətl törədən şəxs tutulub.
APA-nın məlumatına görə, rayonun Abulbəyli yaşayış massivində Bozalqanlı kənd sakini, 28 yaşlı Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 36 yaşlı Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib. A. Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib.
A. Sultanov mağazanın giriş qapısında E. Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı A. Sultanov əlindəki bıçaqla E. Mehdiyevin ürəyindən bir neçə bıçaq zərbəsi vurub. E. Mehdiyev A. Sultanovun əlindən rayonun Ə. Cavad küçəsi istiqamətində qaçıb.
Səhər saatlarında E. Mehdiyevin meyiti Ə. Cavad küçəsindəki kanaldan tapılıb.
A. Sultanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.