Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçular ailələrə növbəti dəfə ünvanlı yardım çatdırıb.
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunub.
Qeyd edək ki, bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.
Hərbçilərimizin ünvanlı yardımları davam edir - VİDEO
1042