Azərbaycanın "Sumaks" startap şirkəti həkimlər üçün qoruyucu maskaların istehsalına başlayır.
Bunu "APA-Economics"ə şirkətin icraçı direktoru Cavid Məmmədov deyib.
Onunu sözlərinə görə, hazırda bu məhsulun kütləvi istehsalına dair bir sıra dövlət qurumları ilə danışıqlar aparılır: "Qoruyucu maskaların sınaq nümunələri artıq hazırdır və kütləvi istehsala başlandığı təqdirdə gündəlik istehsal həcmi 100 ədəd təşkil edə bilər.
İstehsal edəcəyimiz digər məhsul xüsusi qapı qulplarıdır ki, onlar vasitəsilə qapıları birbaşa əl təması olmadan açmaq mümkündür. Bu qulplar tibb müəssisələrində, həmçinin digər ictimai obyektlərdə istifadə oluna bilər".