Heroin alverçiləri saxlanıldı - FOTO
21 fevral 2020 09:35 (UTC +04:00)

Heroin alverçiləri saxlanıldı - FOTO

Ağdaşda heroin alverçisi saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 ədəd sellofan və kağız bükümlərdə heroin və qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə heroin aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar