Gürcüstanda ilk koronavirusa yoluxma qeydə alındığı etnik azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 55 yaşlı kişinin təkrar testlərinin cavabı mənfi olub. Ona bir həftə müddətinə ev şəraitində özünü təcrid etməsi tövsiyə edilib.
Qeyd edək ki, Marneulidən olan həmin şəxs fevralın 25-də İranın Qum şəhərindən Azərbaycan vasitəsi ilə Gürcüstana qayıdıb. Onda virusa yoluxma fevralın 26-da təsdiq edilib.