Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.