Bakının Xətai rayonunda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində televizor oğurlanıb.
Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 3000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilib.