Xızıda axtarışda olan şəxs tapılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları axtarışda olan şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə cari ilin yanvar ayından Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə axtarışda olan rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Kamal Əhmədov saxlanılıb.
Qeyd edək ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2020-ci ilin yanvar ayında Kamal Əhmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patron və güllələr, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb. Aşkar olunan əl qumbaraları və patronlar aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.