Masallıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gecə 30 yaşlı Şəhanə Həşimova Masallı şəhərində yaşadığı evdə bıçaq xəsarəti alıb. O, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralının vəziyyəti normal qiymətləndirilir. Hələlik onun izahatı alınmasa da, ilkin versiyaya görə, hadisə Ş.Həşimovanın qaynı arvadı tərəfindən törədilib.