Elina Hacıyevanın məhkəməsindən YENİ XƏBƏR
04 mart 2020 12:16 (UTC +04:00)

Elina Hacıyevanın məhkəməsindən YENİ XƏBƏR

Bakı Apelyasiya Məhkəməsində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə əlaqədar məhkəmə qərarından valideynlərinin verdiyi şikayətə baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən E. Hacıyevanın valideyninin şikayəti təmin edilməyib. 

Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, mərhumun anası və nümayəndələri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ediblər. İstintaq zamanı Bakı şəhər Prokurorluğunda həmin şəxslərlə bağlı cinayət işi açılmayıb. Nümayəndələr Bakı şəhər Prokurorluğu tərəfindən verilən qərardan məhkəməyə şikayət ediblər. 

Səbail rayon Məhkəməsində onların şikayəti təmin edilməyib

Xatırladaq ki, ötən il Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26