Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 31 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.