Bakı Yük Limanından oğurluq edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 29-da liman ərazisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 360 metr rabitə kabelini kəsərək oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Səmədov və N.Əhmədov saxlanılıb.