Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.