Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.